Daha 4 klub 1/8 finala çıxdı, "Atletiko" 6 xalla qrupda qaldı

Daha 4 klub 1/8 finala çıxdı, "Atletiko" 6 xalla qrupda qaldı

ABŞ-nin ev sahibliyi ilə keçirilən klublararası dünya çempionatında qrup mərhələsinin 3-cü turu start götürüb.

"Mediasport" xəbər verir ki, ilk dəfə 32 komandanın iştirakı ilə reallaşan mundialda daha 4 kollektiv pley-offa yüksəlib.

Maraqlı nəticələrdən biri Madrid "Atletiko"sunun matçında qeydə alınıb. Dieqo Simeonenin rəhbərlik etdiyi ispanlar son turda Braziliyanın "Botafoqo"ya qalib gələrək xal ehtiyatını 6-ya çatdırsa da, qrupdan məhz eyni xala və daha yaxşı top fərqinə malik PSJ ilə cənubi amerikalılar çıxıblar.

1/8 finala vəsiqə qazanan digər iki kollektiv isə "Palmeyras" (Braziliya) və "İnter Mayami" (ABŞ) olub.

Qeyd edək ki, daha əvvəl "Mançester Siti" (İngiltərə), "Yuventus" (İtaliya), "Flamenqu" (Braziliya) və "Bayern" (Almaniya) pley-off vəsiqəsini vaxtından əvvəl təmin ediblər.

Göründüyü kimi, DÇ-də hələlik Cənubi Amerika təmsilçiləri daha iddialı çıxış edirlər. Pley-offa çıxan 8 komandadan yalnız üçü Avropa qitəsini təmsil edir.

5 klubdan 3-ü Braziliya, ikisi ABŞ komandalarıdır.