"Turan Tovuz"un "Zirə" ilə vacib matçının biletləri satışa çıxarıldı

"Turan Tovuz"un "Zirə" ilə vacib matçının biletləri satışa çıxarıldı

Aprelin 27-də Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində keçiriləcək "Turan Tovuz" - "Zirə" oyununun biletləri satışa çıxarılıb.

"Mediasport" xəbər verir ki, azarkeşlər biletləri Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərlər.

Biletlərin qiyməti 2 və 5 AZN təşkil edir.

Qarşılaşma saat 18:00-da Tovuz şəhər stadionunda baş tutacaq.