Mahsudov-Abbasov cütlüyü Dünya Kubokunda bürünc medal qazandı

 Mahsudov-Abbasov cütlüyü Dünya Kubokunda bürünc medal qazandı

Azərbaycanın batut gimnastları İtaliyanın Riççone şəhərində keçirilən Dünya Kubokunda uğurla çıxış ediblər.

"Mediasport" xəbər verir ki, Maqsud Mahsudov və Hüseyn Abbasovdan ibarət cütlük bürünc medal qazanıb.

Təmsilçilərimiz sinxron proqramda 52,470 xal toplayıblar.