“Qarabağ” fərqli sistemdə çıxış edir, lakin biz bu matçın favoritiyik"

“Qarabağ” fərqli sistemdə çıxış edir, lakin biz bu matçın favoritiyik"

“Komandamız ötən mövsüm Çempionlar Liqasında göstərdiyi yaxşı oyunları təkrarlamaq istəyir. Məqsədimiz qalib gəlmək, üç xal qazanmaq və azarkeşlərə unudulmaz Avropa gecəsi yaşatmaqdır".

"Mediasport" xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının əsas mərhələsində sabah "Qarabağ"ı qəbul edəcək "Benfika"nın baş məşqçisi Brunu Laji deyib.

Portuqaliya klubunun 50 yaşlı çalışdırıcısı matçdan öncə keçirilən mətbuat konfransında sabahkı görüş haqda düşüncələrini bölüşüb:

“Benfika"nı çalışdıran hər kəs yüksək tələblərin olduğunu yaxşı bilir. “Qarabağ” fərqli sistemdə çıxış edən komandadır. Lakin biz bu matçın favoritiyik. Ona görə məqsədimiz hər oyunda qalib gəlməkdir. İnanıram ki, sabah yaxşı oyun sərgiləyib 3 xal qazanacağıq".

Qeyd edək ki, "Benfika" - "Qarabağ" qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.