"Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb

"Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb

Oktyabrın 13-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Slaviya” oyununa bilet satışı davam edir.

"Mediasport" xəbər verir ki, Çexiya klubu ilə görüşə fərdi sayda artıq 46 min bilet alınıb.

Matçda böyük anşlaq gözlənilir. Xatırladaq ki, arenanın azarkeş tutumu 68000 nəfərlikdir.

Qonaq komandanın azarkeşləri üçün 3675 yer ayrılıb.

Görüş saat 20:45-də start götürəcək.