"Qarabağ" Göteborqda beynəlxalq turnirdə İsveç klubunu məğlub etdi

"Qarabağ"ın 17 yaşadək futbolçulardan ibarət komandası “Gothia Puma Trophy” beynəlxalq turnirin qələbə ilə başlayıb.
"Mediasport" xəbər verir ki, təmsilçimiz İsveçdə təşkil olunan yarışın I turu çərçivəsində yerli “Myallbü”nü məğlub edib - 2:1.
Komandamızın heyətində qolları Əli Əliyev vurub.
Qeyd edək ki, yarış Göteborq şəhərində təşkil edilib. Ağdam klubunun yetirmələri iyulun 15-də "Sportinq Laqos", 16-da isə "Göteborq"la qarşılaşacaqlar.