Qurban Qurbanovun rəhbərliyində "Qarabağ" 1000 qol həddini keçdi

Qurban Qurbanovun rəhbərliyində "Qarabağ" 1000 qol həddini keçdi

"Qarabağ" Qurban Qurbanovun baş məşqçiliyi dönəmində 1000 qol həddini keçib.

"Mediasport" xəbər verir ki, yubiley qolu Premyer Liqanın 22-ci turunun "Sabah"la oyununda qeydə alınıb.

Ağdam klubunun Qurbanovun rəhbərliyi altında 1000-ci qolunun müəllifi kolumbiyalı Kevin Medina olub.

Musa Qurbanlı isə atasının rəhbərlik etdiyi kollektivə görüşün son dəqiqələrində 1001-ci qolu bəxş edib.

Xatırladaq ki, qarşılaşma 3:3 hesabı ilə başa çatıb.