"Qarabağ"ın Premyer Liqada debüt edən yetirmələri - ADLAR
"Qarabağ" Premyer Liqanın 33-cü turunda "Sumqayıt"ı 4:3 hesabı ilə məğlub edərək mövsümü qələbə ilə başa vurub.
Bu qarşılaşmada "atlılar"ın akademiyasının 6 futbolçusu əsas komandanın heyətində debütünü gerçəkləşdirib.
Onlardan Bəhruz Qurbanlı (20 yaş) və Məhəmməd İmaməliyev (18 yaş) startda meydana çıxıblar.
69-cu dəqiqədə Bəhruzu Mehdi Mütəllimli (18 yaş) əvəzləyib.
86-cı dəqiqədə isə meydana Nicat Xasıyev (19 yaş), Səbuhi Niftiyev (19 yaş) və Hacı İbrahim (20 yaş) çıxıb.



Mediasport.com.az


