Fransa Belçikanı darmadağın etdi, Türkiyə millisi yenə uduzdu
UEFA Millətlər Liqasında qrup mərhələsinin oyunları davam edir.
"Mediasport" xəbər verir ki, 4-cü tur çərçivəsində A, B və C divizonlarında daha 8 görüş keçirilib.
Qrupda bunadək 3 matçın hamısını uduzan Türkiyə yığması İtaliya səfərində də məğlub olub.
"Qarabağ"ın üzvlərindən Bençe Varkonyinin yer aldığı Macarıstan səfərdə Ukrayna ilə qarşılaşıb, qonaqların qələbə qazandığı görüşdə Ağdam klubunun üzvünün debütü baş tutmaylb.
Martin Zlomisliçli Bosniya və Herseqovina "Sabah"lı Timoteuş Puxaçın heyətində olduğu Polşa millisini məğlub edib, "atlılar"ın qapıçısı 90 dəqiqə meydanda olub, "bayquşlar"ın cinah futbolçusu oyuna çıxmayıb.
Marko Yankoviçli Monteneqro isə evdə Ermənistanla bərabərə qalıb, yarımmüdafiəçi 62 dəqiqə meydanda olub.
UEFA Millətlər Liqası. Qrup mərhələsi
A Divizionu. 1-ci qrup
Fransa - Belçika 4:1
İtaliya - Türkiyə 3:1
B Divizionu. 2-ci qrup
Ukrayna - Macarıstan 1:2
Şimali İrlandiya - Gürcüstan 0:0
4-cü qrup
Rumıniya - İsveç 0:1
Bosniya və Herseqovina - Polşa 1:0
C Divizionu. 2-ci qrup
Kipr - Latviya 2:1
Monteneqro - Ermənistan 0:0

