"Qəbələ" daha bir futbolçusu ilə müqavilə müddətini uzatmadı

 "Qəbələ" daha bir futbolçusu ilə müqavilə müddətini uzatmadı

Yenidən Premyer Liqada çıxış edəcək "Qəbələ"də növbəti ayrılıq reallaşıb.

"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi Elvin Yunuszadə ilə yollarını ayırıb.

Müdafiəçi ilə 2024/25 mövsümünün sonunda başa çatan müqavilə artırılmayıb.

2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən Elvin “Qəbələ”də 22 oyun keçirib.

Daha əvvəl komandadan Emil Süleymanov, Müşviq Nadirov, Samir Həsənov, Ruslan Voronsov, İbrahim Ramazanov və Oçe Oçoveçi göndərilmişdi.