"Qarabağ"ın yetirməsi "Şəfa"da

"Qarabağ"ın yetirməsi "Şəfa"da

Premyer Liqaya vəsiqə qazanan "Şəfa" ilk transferini reallaşdırıb.

"Mediasport" xəbər verir ki, Bakı təmsilçisi müdafiəçi Rauf Hüseynlini heyətinə qatıb.

26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən Rauf Hüseynli son olaraq "Kəpəz"in formasını geyinib.

O, ötən mövsüm 28 oyunda meydana çıxaraq 6 qol vurub və 1 məhsuldar ötürmə edib.

"Qarabağ"ın yetirməsi olan futbolçu karyerası ərzində "Zirə", "Şamaxı" və "Qəbələ" klublarında da çıxış edib.