"Qəbələ"nin üzvü mükafat aldı

 "Qəbələ"nin üzvü mükafat aldı

Azərbaycan Premyer Liqasında "Ayın qolu" layihəsinin növbəti qalibi məlum olub.

"Mediasport" xəbər verir ki, yanvar ayı üçün qalib adını "Qəbələ"nin futbolçusu Domi Massumu qazanıb.

23 yaşlı konqolu 22-ci turun "Karvan-Yevlax"la oyunundan əvvəl mükafatlandırılıb.

Qalibə mükafatı "Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təqdim edib.