Türkiyənin bir neçə idmançısı Azərbaycan çempionatında olacaq

 Türkiyənin bir neçə idmançısı Azərbaycan çempionatında olacaq

Gənclər və İdman Nazirliyi və Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) birgə təşkilatçılığı ilə sentyabrın 12-14-də Bakıda yelkən idmanının Optimist və ILCA4 sinfi üzrə Azərbaycan reqatası keçiriləcək.

"Mediasport" xəbər verir ki, Azərbaycanla yanaşı, Türkiyədən də müxtəlif yaş kateqoriyalarında yelkənçilərin qatılacağı çempionat Şıxov çimərliyi ərazisində baş tutacaq.

Mübarizəyə hər gün saat 11:00-da start veriləcək.

Mükafatlandırma mərasimi sentyabrın 14-də, saat 18:00-da başlanacaq. Açıq Azərbaycan çempionatının qalibləri diplom və medallarla mükafatlandırılacaqlar.

Həmçinin bütün iştirakçılara ASİNF tərəfindən sertifikatlar təqdim ediləcək. Fərqlənən idmançılar milli komandanın heyətinə cəlb olunacaqlar.