Azər Əliyev Xorvatiyadakı Olimpiya Həmrəyliyi Forumunda iştirak edir
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) rəsmiləri Xorvatiyanın Split şəhərində Avropa Olimpiya Komitələrinin (AOK) 46-cı Seminarı və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Forumunda iştirak edirlər.
Bu barədə "Mediasport"a MOK-dan məlumat verilib.
Forumda ölkəmiz Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev və xarici əlaqələr idarəsinin müdiri Anar Bağırovla təmsil olunur.
AOK-un forumu Avropanın gənc idmançılarına dəstək vermək, Olimpiya dəyərlərinin təbliği və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli rol oynayır.

