"Sabah" Çempionlar Liqasında rəqiblərini BOS-da qəbul edəcək

"Sabah" Çempionlar Liqasında rəqiblərini BOS-da qəbul edəcək

UEFA Çempionlar Lqiasının Liqa mərhələsində debüt edəcək "Sabah"ın ev oyunlarını keçirəcəyi məkan açıqlanıb.

"Mediasport" xəbər verir ki, Azərbaycan çempionu rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək.

Bununla bağlı məlumatı UEFA-nın rəsmi saytı paylaşıb.

"Bayquşlar Bakıda "Slaviya" (Çexiya), "Borussiya" Dormtund (Almaniya), "Barselona" (İspaniya) və "Napoli" (İtaliya) ilə qarşılaşacaqlar.


UEFA Çempionlar Liqası. Liqa mərhələsi


2-ci tur. 13 oktyabr

20:45. "Sabah" – "Slaviya" (Çexiya)

3-cü tur. 20 oktyabr

20:45. "Sabah" – "Borussiya" Dortmund (Almaniya)

5-ci tur. 25 noyabr

21:45. "Sabah" – "Barselona" (İspaniya)

7-ci tur. 20 yanvar

21:45. "Sabah" – "Napoli" (İtaliya)