Şahmatçılarımız Rumıniyada Avropa çempionatında yarışacaqlar

Azərbaycan şahmatçıları Rumıniyada keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.
"Mediasport" xəbər verir ki, qitə birinciliyi martın 16-da Eforye şəhərində start götürəcək.
10 gün davam edəcək yarışda ölkəmizin 12 zəka sahibi mübarizə aparacaq.
Nicat Abasov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Əhməd Əhmədzadə, Riad Səmədov, Vüqar Manafov, Şiroğlan Talıbov, Xaqan Əhməd, Elmar Atakişiyev, Şahin Vəliyev, Süleyman Süleymanlı və Ümid Aslanov zəkasını yoxlayacaq.
AÇ-də “20-liy”ə düşəcək şahmatçılar Dünya Kubokuna vəsiqə qazanacaqlar.