Azərbaycan millisi dünya çempionatında 1/4 finala yüksəldi

Azərbaycan millisi dünya çempionatında 1/4 finala yüksəldi

Azərbaycanın qadın şahmatçılardan ibarət milli komandası İspaniyanın Linares şəhərində keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

"Mediasport" xəbər verir ki, yığmamız buna IV turda İspaniya kollektivini məğlub etməklə nail olub (3,5:0,5).

Şahmatçılarımız yarımfinal yolunda Gürcüstandan olan rəqibləri ilə qarşılaşacaqlar.

Xatırladaq ki, millimiz İlahə Qədimovanın kapitanlığında Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva ilə təmsil olunur.

Mundiala noyabrın 23-də yekun vurulacaq.