Şahmatçılarımız Özbəkistandakı beynəlxalq turnirdə iştirak edəcək

Sabah Özbəkistanın Səmərqənd şəhərində şahmat üzrə "Grand Swiss 2025" beynəlxalq turnirinə start veriləcək.
"Mediasport" xəbər verir ki, Azərbaycanı mötəbər yarışda Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva təmsil edəcək.
Sentyabrın 15-dək davam edəcək turnir İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq. Yekun nəticəyə əsasən, 2 kişi və 2 qadın olmaqla dörd ən güclü şahmatçı İddiaçılar Turnirinə vəsiqə qazanacaq.
Xatırladaq ki, yarışın ümumi mükafat fondu 855 000 ABŞ dollarıdır.