Olimpiya mükafatçılarımızın medalları yenisi ilə əvəz olundu

Olimpiya mükafatçılarımızın medalları yenisi ilə əvəz olundu

Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan idmançıları Qaşım Maqomedov və Həsrət Cəfərov üçün medal təqdimetmə mərasimi təşkil olunub.

"Mediasport" xəbər verir ki, onların “Paris-2024” Yay Olimpiya Oyunları zamanı qazandıqları medallar aşınmaya məruz qaldığı üçün yenisi ilə əvəz edilib.

Taekvondoçu Qaşım Maqomedovun gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərovun isə bürünc medalı yenilənib və mərasimdə hər iki idmançıya yeni mükafatlar rəsmi şəkildə təqdim olunub.

"Paris-2024"də mükafat qazanan yeddi idmançımızdan beşinin medalında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib.

Xatırladaq ki, cüdo üzrə Olimpiya çempionlarımız Hidayət Heydərov və Zelim Kotsoyev, sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedov, taekvondoçu Qaşım Maqomedov və boksçu Alfonso Domingesin gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) və sərbəst güləşçi Giorgi Meşvildişvilininbürünc medalları keyfiyyətini itirib.