"Sabah" ilk yoxlama matçında Rumıniya klubu ilə bərabərə qaldı

"Sabah" ilk yoxlama matçında Rumıniya klubu ilə bərabərə qaldı

Yay hazırlığını Avstriyada keçən “Sabah” ilk yoxlama matçına çıxıb.

"Mediasport" xəbər verir ki, "bayquşlar" yeni baş məşqçi Valdas Dambrauskasın rəhbərliyi altında Rumıniyanın "Rapid" komandası ilə qarşılaşıblar.

Buxarestlilərlə oyun bərabərliklə yekunlaşıb - 2:2. "Sabah"ın qollarını Coy-Lens Mikels və Xəyal Əliyev vurublar.

Masazır təmsilçisinin növbəti hazırlıq görüşü iyulun 3-də Macarıstanın “Pakşi” klubuna qarşı olacaq.