250 gündən sonra məğlubiyyət: Çempion üçüncülüyə şərik oldu

  250 gündən sonra məğlubiyyət: Çempion üçüncülüyə şərik oldu

"Sabah" Azərbaycan Premyer Liqasının 31-ci turunda "Kəpəz"ə uduzub (0:1).

"Mediasport" xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda bunadək sonuncu dəfə 3-cü turda xalsız qalıb.

250 günsən sonra - 2025-ci il avqustun 31-də "İmişli" "Sabah"a 1 qolla qalib gəlib. Çempionun mövsümdəki hər iki məğlubiyyəti ev qarşılaşmalarına təsadüf edib.

“Sabah” bu müddətdə 28 məğlubiyyətsiz matç keçirib. Komanda 22 qələbə qazanıb və 6 heç-heçə edib.

Bununla da "Sabah" çempionatın tarixində 3-cü ən uzun məğlubiyyətsiz seriya adına şərik olub. Yalnız "Qarabağ" daha uzun seriyalara malikdir.

Ağdam klubu iki dəfə məğlubiyyətsizliyə nail olub. "Sabah" isə "Kəpəz"in nəticəsini təkrarlayıb.

Ən uzun 5 seriya (texniki nəticələr və nəticəsi ləğv olunan matçlar nəzərə alınmamaqla):

1. "Qarabağ" - 49 (30.10.2021-09.04.2023)

2. "Qarabağ" - 31 (31.10.2018-10.11.2019)

3-4. "Kəpəz" - 28 (14.09.1997-19.09.1998)

"Sabah" - 28 (14.09.2025-03.05.2026)

5. "Turan Tovuz" - 27 (12.09.1992-14.07.1993)

Qeyd: mötərizədə məğlubiyyətsiz seriyanın ilk və son oyununun tarixi göstərilib.