"Turan Tovuz" "Qəbələ"ni, "İmişli" isə "Sumqayıt"ı məğlub etdi
Azərbaycan Premyer Liqasında 4-cü turun oyunları davam edir.
"Mediasport" xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma keçirilib.
"Sumqayıt" "İmişli"nin qonağı olub. Aran təmsilçisi minimal hesablı qələbə qazansa da, meydana adı protokolda olmayan futbolçu saldığı üçün texniki məğlubiyyət alacaq.
"Turan Tovuz" isə "Qəbələ"ni məğlub edib.
Xatırladaq ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəlib (2:0), "Qarabağ" "Zirə" ilə bərabərə qalıb (1:1).
Tura sabah keçiriləcək "Şamaxı" - "Karvan-Yevlax" və "Neftçi" - "Sabah" görüşləri ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası. 4-cü tur
"İmişli" - "Sumqayıt" 1:0
Qol: Mehdi Cənnətov, 74-avtoqol.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Quba Olimpiya İdman Kompleksinin stadionu.
"Turan Tovuz" - "Qəbələ" 1:0
Qol: Aleks Souza, 55.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
"Azərsun Arena".
