"Sabah"ın qeyri-peşəkarlığı: İşıq söndü, oyun 20 dəqiqə dayandı

"Sabah"ın qeyri-peşəkarlığı: İşıq söndü, oyun 20 dəqiqə dayandı

Azərbaycan Premyer Liqasının 6-cı turunun son matçında kuryoz yaşanıb.

Turun bağlanış qarşılaşması "Sabah" - "Sumqayıt" görüşü 15 dəqiqə dayanıb.

Oyunun 29-cu dəqiqəsində matçın keçirildiyi Masazır stadionunun işıqları sönüb.

16-17 dəqiqə gözləmək məcburiyyətində qalan komandalar meydanı tərk edərək paltardəyişmə otağına yolanıblar.

Yalnız 45-ci dəqiqədə arenanın işıqları yanıb və futbolçular meydana qayıdıblar.

Stadiondan "Mediasport"a verilən məlumata görə, kompleksin generatorları uzun müddətdir xarab olsa da, klub rəhbərliyi düzəltdirməyə tələsmir.

Xatırladaq ki, "Bank Respublika Arena"da zaman-zaman belə texniki problemlər olur.

Məsələn, ötən mövsümün gedişində "Zirə" ilə matçda isti su olmadığı üçün qonaq komandanın futbolçuları soyuq su ilə çimməli olmuşdular.