Kərim Rossi "Şamaxı"dan getdi
"Şamaxı" Kərim Rossi ilə yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi isveçrəli hücumcu ilə sona çatan müqaviləni yeniləməyib.
Rossi 2025-ci ilin yayında ölkəsinin "Şafhauzen" klubundan Azərbaycan təmsilçisinə keçib.
O, cari mövsüm əyalət təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla, 35 oyuna çıxıb, 13 qol vurub və 1 məhsuldar ötürmə edib.



