"İmişli" "Sumqayıt-2" ilə bacarmadı

Yeni mövsümə hazırlığı davam etdirən "İmişli" növbəti yoxlama matçına çıxıb.
"Mediasport" xəbər verir ki, bölgə klubu "Sumqayıt"ın əvəzedicilərdən ibarət komandası ilə qarşılaşıb.
Oyun Bakı Olimpiya Stadionunun məşq meydançasında keçirilib və qolsuz bərabərlik qeydə alınıb.
"İmişli" buna qədər əvvəl yoxlama matçlarında "Qəbələ"yə (2:3) və "Karvan"a (1:2) uduzub, “Sumqayıt”la heç-heçə edib (0:0).