"Strandja"ya 12 boksçu ilə yollanan yığma 2 medalla qayıdır
Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə "Strandja" beynəlxalq turnirində daha bir medal qazanıb.
"Mediasport" xəbər verir ki, Bilalhəbaşi Nəzərov gümüş mükafat əldə edib.
Gənc idmançımız 50 kq çəki dərəcəsində fəxri kürsüyə yüksəlib.
Beləliklə, komandamız turniri 2 medalla başa vurub.
Onadək yarışda Malik Həsənov (65 kq) üçüncü yeri tutmuşdu.
Xatırladaq ki, Azərbaycan "Strandja"da 12 boksçu ilə təmsil olunub.
Nicat Hüseynov, Zəlimxan Süleymanov, Zidan Hünbətov (hamısı 55 kq), Məhəmmədəli Aşırəliyev, Məhəmmədəli Qasımzadə, Tağı Nəsibov (hamısı 60 kq), Maqsud Xasmetov, Zaur Qəhrəmanov (hamısı 65 kq), Murad Allahverdiyev (80 kq) və Səbuhi Əlizadə (+90 kq) ümidləri doğrultmayıblar.
