Əli Baxışov Serbiyada Avropa çempionatında finala yüksəldi
Serbiyanın Lozniça şəhərində boks üzrə U-19 Avropa çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, Azərbaycan təmsilçilərindən Əli Baxışov yarımfinal görüşünü uğurla keçirib.
60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Türkiyə təmsilçisi Furkan Avarı məğlub edib - 3:2.
Baxışov sabah çempionluq üçün rinqə çıxacaq.


