Yığmamızın eks üzvləri qumara görə futboldan kənarlaşdırıldılar
Türkiyə Futbol Federasiyası mərc oyunlarında iştirak edən futbolçuların bəziləri ilə bağlı qərar çıxarıb.
"Mediasport" xəbər verir ki, siyahıda yer alan Azərbaycanın əsas milli komandasının üzvü Mert Çelikin də cəzası açıqlanıb.
Peşəkar Futbol İntizam Komitəsi "Sivasspor"da çıxış edən müdafiəçiyə 45 günlük futboldan uzaqlaşdırılma cəzası verib.
Cəza Azərbaycanın U-19 və U-21 yığmalarının keçmiş üzvü Emre Kaplan, həmçinin U-17 millimizin sabiq futbolçusu Murat Cem Akpınara da şamil edilib.
TFF-in araşdırmaları davam edir.


