"Neftçi"nin 8 futbolçusu milli komandalarına çağırıldı

"Neftçi"nin 8 futbolçusu milli komandalarına çağırıldı

"Neftçi"nin futbolçuları milli komandalardan dəvət alıblar.

"Mediasport" xəbər verir ki, siyahıda 8 futbolçunun adı var.

Emin Mahmudov, Elvin Bədəlov və Rza Cəfərov futbol üzrə Azərbaycanın əsas, Murad Məmmədov və Ağadadaş Salyanski isə U-21 yığmasına çağırılıblar.

Paytaxt klubunun legionerlərindən Sessi D'Almeyda Benin, Edvin Kuç Monteneqro, Alessio Kurçi Lüksemburq millisinin keçirəcəyi oyunlarda komandalarının düşərgələrində olacaqlar.