Keti Perri Bakıdakı dünya çempionatında konsert verəcək
Məşhur müğənni Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisinin 10 illik yubileyi münasibətilə Bakıya səfər edəcək.
"Mediasport" xəbər verir ki, amerikalı sənətçi sentyabrın 25-də baş tutacaq xüsusi gecədə minlərlə pərəstişkarının görüşünə gələcək.
Qeyd edək ki, dünya çempionatının builki mövsümünün 17-ci mərhələsi olan Azərbaycan Qran-prisi sentyabrın 24-26-da reallaşacaq.
