Millimizin sabiq baş məşqçisi Yunanıstan Superliqasında

Millimizin sabiq baş məşqçisi Yunanıstan Superliqasında

Azərbaycanın U-15, U-16 və U-19 milli komandalarının baş məşqçisi olmuş Miloş Velebitin yeni iş yeri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, serbiyalı mütəxəssis Yunanıstanda çalışacaq.

O, Superliqa klubu “Asteras”ın məşqçisi təyin edilib.

Xatırladaq ki, Tripolis komandasının yeni baş məşqçisi Velebitin həmyerlisi Milan Rastavaçdır.

Miloş Azərbaycanda 2019-2021-ci illərdə fəaliyyət göstərib.