Millimizin futbolçusu yalnız Rəşad Sadıqovdan geri qalır
Azərbaycan milli komandasının futbolçusu Bədavi Hüseynov yığmamızın heyətində ən çox oyun keçirənlərin siyahısında ikinciliyə yüksəlib.
"Mediasport" xəbər verir ki, müdafiəçi buna bir neçə gün əvvəl Malta (0:2) və San Marino (2:1) kollektivləri ilə yoldaşlıq matçlarında forma geyinməklə nail olub.
Milliləşdirilmiş dağıstanlının yığmamızın heyətində oyun sayı 82-yə çatıb.
35 yaşlı futbolçu bununla Aslan Kərimov (80) və Maksim Medvedevi (81) geridə qoyub.
Sıralamanın lideri isə 111 oyunla Rəşad Sadıqovdur.


