PSJ-nin ulduzu millimizlə oyunda meydana çıxmayacaq - DÇ-2026

PSJ-nin ulduzu millimizlə oyunda meydana çıxmayacaq - DÇ-2026

Oktyabrın 10-da DÇ-2026-nın seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq Fransa yığması meydana daha bir itki ilə çıxacaq.

"Mediasport" xəbər verir ki, baş məşqçi Didye Deşam Parisdə keçiriləcək görüşdə hücumçu Bredli Barkolanın da xidmətindən istifadə edə bilməyəcək.

PSJ-nin ulduzu zədə səbəbindən millimizlə qarşılaşmanı kənardan izləyəcək.

Heyətdən çıxarılan forvardı "Lill"dən Florian Tovin əvəz edəcək.

Xatırladaq ki, PSJ-nin digər üzvü - 2025-ci il "Qızıl top" mükafatının qalibi Usman Dembele də yığmamızla görüşdə forma geyinməyəcək.