"Toral son dəqiqələrdə oynadı, "Bursaspor" zirvədə yerini qorudu
Futbol üzrə Türkiyə 1-ci Liqasında 7-ci turun oyunları keçirilir.
"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin üzvü Toral Bayramovun çıxış etdiyi “Bursaspor” doğma meydanda “Erokspor”la qarşılaşıb.
Müdafiəçi 2:2 hesabı ilə yekunlaşan görüşdə meydana 85-ci dəqiqədə daxil olub.
Bursa təmsilçisi 16 xalla "Batman Petrolspor"la birlikdə şərikli liderdir.

