Millimizin 14 cüdoçusu dünya çempionatında mübarizə aparacaq

Millimizin 14 cüdoçusu dünya çempionatında mübarizə aparacaq

Azərbaycanın yeniyetmə cüdoçuları Ekvadorun Quayakil şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcəklər.

"Mediasport" xəbər verir ki, ölkəmiz mundialda 9 çəki dərəcəsində 14 cüdoçu ilə təmsil olunacaq.

Avqustun 20-dən 23-dək təşkil olunacaq yarışda 10 oğlan və 4 qız idmançı mübarizə aparacaq.

Kollektivə yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.

Qeyd edək ki, dünya çempionatında 61 ölkədən 459 cüdoçu (242 oğlan, 217 qız) iştirak edəcək.


Qızlar


40 kq

Sunay Salamova

Zəhra Quliyeva

44 kq

Pərvin Sevxanlı

48 kq

Könül Eyvazlı


Oğlanlar


50 kq

Fərid Rzazadə

55 kq

Fərid Xudiyev

İbrahim Talıbov

66 kq

İlkin Qarayev

73 kq

Yusuf Nəzər

Sadiq Məmmədov

81 kq

Ayxan Həsənli

Yaqub Məmmədov

90 kq

Ömər Axundov

Nurəddin Əliyev