Cüdo üzrə milli komanda üzvlərinin hamısı medal qazandı - FOTOLAR

Cüdo üzrə milli komanda üzvlərinin hamısı medal qazandı - FOTOLAR

Qırğız Respublikasının İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində III Türk Dövlətləri Universiadası keçirilir.

"Mediasport" xəbər verir ki, multi-idman turnirində iştirak edən Azərbaycan cüdoçularının hamısı medal qazanıblar.

Könül Əliyeva (48 kq), Nurlan Kərimli (66 kq), Südabə Ağayeva (70 kq), Cəsur İbadlı (90 kq) qızıl, Bahadır Feyzullayev (60 kq), Mehdi Abbasov (81 kq), Qurban Məmmədli (+100 kq) gümüş, Mehdi Cəfərov (73 kq) və Əli Qaziməmmədov (100 kq) bürünc medal qazanıblar.

Xatırladaq ki, cüdo yığmamız yekunda 9 medalla komanda hesabında 3-cü yeri tutub.