Millimiz Daşkənddə "Böyük Dəbilqə" yarışında 7-ci yeri tutdu

 Millimiz Daşkənddə "Böyük Dəbilqə" yarışında 7-ci yeri tutdu

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinə yekun vurulub.

"Mediasport" xəbər verir ki, yarışa 7 idmançı ilə yollanan Azərbaycan millisi bir medal qazanıb.

60 kq çəkidə mübarizə aparan Turan Bayramov gümüş mükafata yiyələnib.

Yığmamız bu nəticə ilə ümumi komanda hesabında yeddinci yeri tutub.

Yaponiya birinci, Çin ikinci, Özbəkistan millisi isə üçüncü olub.