Azərbaycan milli komandası III MDB Oyunlarının qalibi oldu

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi MDB Oyunlarında cüdo üzrə qarışıq komanda yarışlarına da yekun vurulub.
"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandası qızıl medal qazanaraq Oyunların qalibi olub.
Cüdoçularımız finalda Özbəkistan millisini 7:4 hesabı ilə məğlub ediblər.
Xatırladaq ki, komandamız yarımfinalda Tacikistan seçməsindən üstün olmuşdu (7:3).