"Mingəçevir" cari mövsümdə bütün rəqiblərini qabaqladı - STATİSTİKA

"Mingəçevir" cari mövsümdə bütün rəqiblərini qabaqladı - STATİSTİKA

1-ci Liqada 2025/26 mövsümünün oyunlarını 25 min 710 tamaşaçı izləyib.

"Mediasport" xəbər verir ki, nəticəsi ləğv olunan "Zaqatala" - MOİK matçı nəzərə alınmaqla baş tutan 135 görüşdə orta göstərici 190-a bərabər olub.

Sonuncu - 27-ci turun "Mingəçevir" - "Səbail" görüşü mövsümün ən çox izləyici toplayan qarşılaşması olub.

Mayın 22-də Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionunda baş tutan görüşü 2750 tamaşaçı seyr edib.

Mövsüm ərzində daha 4 dəfə bu göstərici 1000-ə bərabər olub. Bu matçların hamısına "Mingəçevir" ev sahibliyi edib.

14 görüşdə 11 min 520 seyrçi toplayan komanda bu göstəricidə böyük üstünlüklə hamını qabaqlayıb.

1-ci Liqadakı ümumi tamaşaçı sayının təxminən 45 faizi "Mingəçevir"in payına düşür.

Orta tamaşaçı sayında "Zaqatala" 2-ci yeri tutub. Premyer Liqaya vəsiqə qazanan "Şəfa" 3-cü olub.