Yığmamızın keçmiş baş məşqçisi BƏƏ klubunda işləyəcək - RƏSMİ
Futzal üzrə Azərbaycan yığması və "Araz-Naxçıvan" klubunun sabiq baş məşqçisi Joze Alesio özünə yeni iş yeri tapıb.
"Mediasport" xəbər verir ki, braziliyalı mütəxəssis BƏƏ-də çalışacaq.
Cənubi amerikalı "Xor Fakkan" klubu ilə anlaşıb.
Tərəflər arasında bir illik müqavilə imzalanıb.
Xatırladaq ki, Alesio "Araz-Naxçıvan"la Çempionlar Liqasında 3-cü, Azərbaycan yığmasında isə Avropa çempionatında 4-cü yeri tutub.

