PFL Azərbaycan çempionu oldu

 PFL Azərbaycan çempionu oldu

Futzal üzrə Birinci Liqada 2025-2026-cı illər mövsümünə yekun vurulub.

"Mediaspor"t xəbər verir ki, yarışın qalibi PFL komandası olub.

Kollektiv həlledici görüşdə "STAR-Karqo"ya qalib gəlib - 4:2.

3-cü yer uğrunda qarşılaşmada isə “Baku Fire-2” “Xan-Lənkəran”ı 6:1 hesabı ilə məğlub edərək mükafata yiyələnib.

Oyunlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.

Finalı idarə edən hakimlərə, hakim-inspektora, ən məhsuldar futzalçı Nicat Mədədova diplom və xatirə hədiyyələri təqdim edilib.

Pley-off mərhələsinə vəsiqə qazanan “Baku Fire-2”yə diplom, “Xan-Lənkəran”, “STAR kargo” və PFL komandalarına müvafiq olaraq bürünc, gümüş və qızıl medallar və diplomlar, Birinci Liqanın qalibinə çempionluq kuboku təqdim olunub.

Mükafatları Azərbaycan Futzal Federasiyasının əməkdaşları -  Xosrov Məmmədov və Həsən Əliyev təqdim ediblər.