Azərbaycanlı hakimlər AÇ-nin Türkiyə - Slovakiya oyununda

Azərbaycanlı hakimlər AÇ-nin Türkiyə - Slovakiya oyununda

Futzal üzrə FİFA referiləri Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılovdan ibarət hakimlər briqadası növbəti dəfə beynəlxalq təyinat alıb.

"Mediasport" xəbər verir ki, hakimlərimiz AVRO-2026-nın əsas mərhələsinin 3-cü qrupunda keçiriləcək Türkiyə - Slovakiya oyununu idarə edəcəklər.

Qarşılaşma martın 12-də Türkiyənin Erzincan şəhərində baş tutacaq.

Matçın birinci hakimi Qafarlı, ikinci hakimi Əmiraslanov, üçüncü hakimi Cəbrayılov olacaq.