Yığmamızın üzvü Niderland klubuna keçidindən danışdı

"Erediviziyada debütümü səbirsizliklə gözləyirəm. Yüksək liqada oynamaq arzum idi".
"Mediasport" xəbər verir ki, bunu Niderlandın "Volendam" klubuna transfer edilən Azərbaycan milli komandasının futbolçusu Ozancan Kökçü deyib.
Yarımmüdafiəçi ölkəsinə qayıdışı ilə bağlı təəssüratlarını bölüşüb:
"Ötən mövsüm mənim üçün çətin və soyuq keçdi. Avropa Konfrans Liqası matçlarında oynasam da, əyləncəli alınmadı. Futbolda belə şeylər olur".
Qeyd edək ki, mövsümün sonunda Finlandiyanın "Helsinki" klubundan ayrılaraq "Volendam"la müqavilə bağlayan Kökçü Niderlandda anadan olub.
2018-ci ildən Azərbaycan millilərinin formasını geyinən vinger 2022-ci ildən əsas yığmamızda çıxış edir.