"Difai"dən inanılmaz qələbə, "Qəbələ" evdə güzəştə getmədi

 "Difai"dən inanılmaz qələbə, "Qəbələ" evdə güzəştə getmədi

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 25-ci tur start götürüb.

"Mediasport" xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.

Çempion "Qəbələ" doğma meydanda "Cəbrayıl"a güzəştə getməyib.

Liqada qalmağa çalışan "Difai" isə inanılmaz qələbə ilə turnir cədvəlində vəziyyətini yaxşılaşdırıb. "Qazilər" hesabda geri olsalar da, 85-ci dəqiqədən sonra iki top vuraraq hava-su qədər vacib 3 xalı qazanıblar.

Tura sabah yekun vurulacaq.

Bütün qarşılaşmalar eyni saatda - 17:00-da başlanacaq.

Qeyd edək ki, qarşıdakı turların nəticələrindən asılı olmayaraq, çempionluğu təmin etmiş "Qəbələ", həmçinin "İmişli" və "Karvan" Premyer Liqaya lisenziya əldə ediblər..


Azərbaycan 1-ci Liqası. 25-ci tur


8 may (cümə axşamı)

“Qəbələ” - “Cəbrayıl” 3:1

Hakimlər: Rəvan Həmzəzadə, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Qəbələ şəhər stadionu.


“Baku Sporting” - “Difai” 1:2

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Asif Əliyev

Binə qəsəbə stadionu.


9 may (cümə)

“Qaradağ Lökbatan” - MOİK

Hakimlər: Rauf Cabarov, Orxan İbişov, Sənan Atayev, Emin Əliyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

Lökbatan OİK stadionu.


“Zaqatala” - “Karvan”

Hakimlər: Murad Səlimov, Elman Kərimov, Elmin Süleymanov, İslam Məmmədov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Eldar Məmmədov

Zaqatala OİK stadionu.


“Mingəçevir” - “İmişli”

Hakimlər: Nicat İsmayıllı, Mirnihad Seyidov, Asif Abdullayev, Niyaz Əhmədov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança).