Şahruddin "Qarabağ"ın heyətində Premyer Liqada 100-ü haqladı

Şahruddin "Qarabağ"ın heyətində Premyer Liqada 100-ü haqladı

“Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev Ağdam klubunun heyətində 100-cü Premyer Liqa matçına çıxıb.

"Mediasport" xəbər verir ki, onun yubileyi “Turan Tovuz”la ev oyununa təsadüf edib.

Misli Premyer Liqasının XI turunda qolkiperin komandası 0:1 hesabı ilə uduzub.

Qolkiuper “Qarabağ”da 2016/17 mövsümündə debüt edib. Şahrudin 11 mövsümdə 54 qol buraxıb.

Qeyd edək ki, Məhəmədəliyev turnirin tarixində eyni komandada 100 və daha çox oyun keçirən 218-ci futbolçu olub.