Zidan İtaliya və Türkiyə ilə matçlar üçün heyəti açıqladı

Zidan İtaliya və Türkiyə ilə matçlar üçün heyəti açıqladı

Futbol üzrə Fransa milli komandasının baş məşqçisi Zinəddin Zidan UEFA Millətlər Liqası oyunları üçün yığmanın heyətini açıqlayıb.

"Mediasport" xəbər verir ki, mütəxəssis İtaliya və Türkiyə ilə qarşılaşmalara 23 oyunçu dəvət edib.

“Paris”dən yarımmüdafiəçi Pablo Pajis düşərgəyə ilk dəfə cəlb olunubsa, Kilian Mbappe, İbrahima Konate, Markus Türam və Orelyen Çuameni zədədən sonra milliyə qayıdıblar.

A Liqasında 4 turdan sonra 10 xalla qrupda lider olan "xoruzlar" noyabrın 12-də Milanda İtaliya və 15-də isə Bordoda Türkiyə yığması ilə üz-üzə gələcək.

Qapıçılar: Mayk Menyan, Qiyom Rest, Robin Risser;

Müdafiəçilər: Andi Diuf, Malo Qüsto, Jeremi Jake, Pyer Kalulu, İbrahima Konate, Adrien Trüffer, Dayo Upamekano, Leni Yoro;

Yarımmüdafiəçilər: Eduardo Kamavinqa, Rayan Şerki, Lukas Da Kunya, Adrien Rabyo, Orelyen Çuameni, Uorren Zair-Emeri;

Hücumçular: Bredli Barkola, Dezire Due, Kilian Mbappe, Maykl Olise, Pablo Pajis, Markus Türam.