"Sumqayıt" Yevlax səfərində, "Şamaxı" "Sabah"a qarşı - Yenilənir
Futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci tura bu gün yekun vurulacaq.
"Mediasport" xəbər verir ki, "Zəfər turu"nun üçüncü oyun günündə də iki qarşılaşma keçiriləcək.
"Sumqayıt" Yevlax stadionunda meydana çıxacaq, "Sabah" Mərdəkanda "Şamaxı"nı sınağa çəkəcək.
Turun əvvəlki görüşlərində "Qarabağ" "Turan Tovuz"a (0:1), "Kəpəz" "Neftçi"yə (0:1), "Qəbələ" "Zirə" yə (1:2) uduzub, "Şəfa" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib (2:2).
Azərbaycan Premyer Liqası. 11-ci tur
15:00. "İmişli" – "Sumqayıt"
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov.
VAR: Cavid Cəlilov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu
17:30. "Sabah" – "Şamaxı"
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Nicat İsmayıllı.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
"Sabah Arena"

