Sumqayıtda autsayderlərin dueli, "Zirə" "Qəbələ"yə qarşı - Yenilənir

Sumqayıtda autsayderlərin dueli, "Zirə" "Qəbələ"yə qarşı - Yenilənir

Futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci turun görüşləri keçirilir.

"Mediasport" xəbər verir ki, "Zəfər turu"nun ikinci oyun günündə də iki matç baş tutacaq.

Sumqayıtda autsayderlərin dueli olacaq.

Son turlar qeyri-sabit çıxış edən "Zirə" isə "Qəbələ"ni sınağa çəkəcək.

Tura sabah iki qarşılaşma ilə yekun vurulacaq.

Xatırladaq ki, ilk gündə "Qarabağ" "Turan Tovuz"a uduzub, "Neftçi" "Kəpəz"i eyni hesabla məğlub edib - 1:0.


Azərbaycan Premyer Liqası. 11-ci tur


16:00. "Şəfa" – "Araz-Naxçıvan"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Elçin Məsiyev.

VAR: Emin Əliyev.

AVAR: Elşad Abdullayev.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

"SOCAR Polymer Arena"


18:30. "Zirə" – "Qəbələ"

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rauf Cabarov.

VAR: Kamranbəy Rəhimov.

AVAR: Şirmamed Mamedov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Seymur Səlimli.

Zirə İdman Kompleksinin stadionu