Fərid Qayıbov Şuşa şəhərində məskunlaşan sakinləri qəbul etdi

 Fərid Qayıbov Şuşa şəhərində məskunlaşan sakinləri qəbul etdi

Gənclər və idman naziri Fərid Qayıbov Şuşa şəhərində məskunlaşan sakinləri qəbul edib.

Gənclər və İdman Nazirliyindən "Mediasport"a verilən məlumata görə, qəbuldan əvvəl nazir Fərid Qayıbov və Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidmətinin inzibati binasında keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda noyabr ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.