Yığma komandamızın Almaniya ilə AÇ matçı üçün heyəti açıqlandı

Yığma komandamızın Almaniya ilə AÇ matçı üçün heyəti açıqlandı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin 2026/2027-ci illər mövsümündə UEFA Avropa çempionatının seçmə mərhələsinin I raundunda iştirak edəcək heyəti müəyyənləşib.

"Mediasport" xəbər verir ki, düşərgəyə 21 oyunçu çağırılıb.

Komandamız noyabrın 9-dan 19-dək Almaniyanın Frankfurt şəhərində olacaq.

U-17 seçmə mərhələdə noyabrın 11-də Bakı vaxtı ilə saat 14:00-da Almaniya, noyabrın 14-də saat 19:30-da Şimali İrlandiya, noyabrın 17-də saat 14:00-da isə Litva yığması ilə qarşılaşacaq.

İlk iki oyun "DFB Kampus"da, sonuncu görüş isə "Nidda-Sportfeld"də keçiriləcək.



Nr.  Adı / Soyadı Klub
1 Oqtay Mehrəliyev Klubsuz
2 Bilal Hacıyev Qarabağ FK
3 Ülvi Abbaslı Sumqayıt FK
4 Vaqif Nəbiyev Qarabağ FK
5 Cihad Sadıqov Sabah FK
6 Ruslan Quliyev Neftçi PFK
7 Turan Ramazanov Turan Tovuz PFK
8 Emil Quliyev Neftçi PFK
9 Tunar Bayramov Qarabağ FK
10 Vaqif Məmmədli Sabah FK
11 Nicat Əhmədzadə Marcet (İspaniya)
12 Əhəd Hacızadə Qarabağ FK
13 Yusif Orucəliyev Qarabağ FK
14 Şikar Şikar Neftçi PFK
15 Tunar Əsgərzadə Qarabağ FK
16 Rəsul Balakişiyev İmişli PFK
17 Sübhan Əlizadə Neftçi PFK
18 Qafar Babayev Neftçi PFK
19 Nazim Əliyev Qrafiçar (Serbiya)
20 Yusif Quliyev Qarabağ FK
21 Daniil Rəcəbov Qarabağ FK